SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirus infeksiyasının müalicəsi üçün istifadə olunan "R-Pharm" Şirkətlər Qrupunun preparatları ilk dəfə olaraq Rusiya Federasiyasının hüdudlarından kənarda qeydiyyatdan keçmişdirlər.

24 dekabr 2020-ci ildə Azərbaycan Respublikası ərazisində «R-Pharm» Şirkətlər Qrupunun iki özünə məxsus işlənməsi - Koronavir (Favipiravir) və Artlegia (Olokizumab) dərman vasitələrin qeydiyyat prosesi başa çatdmışdır.

Koronavir dərmanı Rusiyada yüngül və orta ağır cərəyan edən koronavirus infeksiyasının müalicəsi üçün istifadə olunur və COVID-19 müalicəsi üçün Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin metodiki rəhbərliyinə daxil edilib.

"R-Pharm"ın orijnal işlənməsi olan Artlegia (Olokizumab) Rusiya Federasiyasında revmatoid artritıin (əsas göstərici) müalicəsi üçün qeydiyyata alınmışdır.

Preparat eyni zamanda COVID-19 orta formasının müalicəsində hiperiltihab və koronavirusun səbəb olduğu ağciyər və digər orqanlarının ciddi zədələnməsinin qarşısının alınması üçün Rusiya Federasiyası Səhiyyə Nazirliyi tərəfindən tövsiyə edilmişdir.

Klinik tədqiqatın nəticəsində sübut edilmişdir ki, Favipiravir xəstəliyin erkən mərhələlərində infeksiyanı zərərləşdirdiyi səbəbindən xəstəliyin kəskin inkişafının qarşısını alır.

Olokizumabın istifadəsinə aid yenicə başa çatmış klniki tədqiqatlar real kliniki praktikada onun orta dərəcədə ağır gedişi olan xəstəlikdə immun reaksiyanın hiperaktivasiya prosessin inkişafının qarşısı alınmaqda effektivliyini göstərmişdir.

Biz şadıq ki, Azərbaycan səhiyyə sisteminin arsenalında bir sıra sosial əhəmiyyətli xəstəliklərin müalicəsinə ciddi təsir göstərə biləcək preparatlar kompleksi yaranacaq", – deyə "R-Pharm"ın Tibb Direktoru Mixail Samsonov bildirib.

Koronavir haqqında (Favipiravir)

"R-Pharm" Şirkətlər Qrupu tərəfindən hazırlanmışdır, 6 iyul 2020 ildə Rusiya Federasiyasının Səhiyyə Nazirliyi yeni koronavirus infeksiyasının müalicəsi üçün qeydiyyatdan keçmişdir. Dərman vasitəsi, xəstəliyin ağırlaşmaları ilə deyil, SARS-CoV-2 virusu ilə birbaşa mübarizə aparır, Viral replikasiyaya maneə törədir və pasiyentin xəstəxanaya yerləşdirilməsini tələb edən ağırlaşmaların inkişaf riskini minimuma endirməyə imkan verir.

"R-Pharm"ın tərəfindən aparılan və Koronavirin effektivliyini və təhlükəsizliyini sübut edən klinik tədqiqatların məlumatları xüsusi razılıq əsasında Dr. Reddy's Laboratories şirkəti tərəfindən istifadə olunur.

İyun ayının əvvəlində Rusiya Federasiyasının Səhiyyə Nazirliyi dərman vasitəsini COVİD-19 qarşısının alınması, diaqnostikası və müalicəsi üçün müvəqqəti rəhbərliyə, oktyabrın ortalarında isə həyati vacib və əhəmiyyətli dərman vasitələrinin siyahısına daxil etmişdir.

Eyni zamanda, Rusiyanın bir sıra regionlarında, o cümlədən Moskvada Koronavirin, ambulator müşahidədə olan COVİD-19 xəstələrinin pulsuz təminatı üzrə proqram həyata keçirilməyə başlanmışdır.

Artlegia dərmanı haqqında (Olokizumab)

29 May 2020-ci il tarixində Rusiyanın Səhiyyə Nazirliyi "R-Pharm" tərəfindən revmatoid artrit xəstəliyin müalicəsi üçün hazırlanmış ilk orijinal yerli biotexnoloji dərman vasitəsi Artlegia (olokizumab) qeydiyyata alındı. Dərman eyni zamanda interleykin-6 (IL-6) birbaşa inhibe edən dünyanın ilk ticari monoklonal antikcismi oldu.

Yaz aylarında Rusiya Federasiyasının Səhiyyə Nazirliyi dərmanı koronavirus infeksiyasının orta ağır formasının müalicəsi üçün metodik rəhbərliyə daxil etmişdir. COVID-19 zamanı ölümün əsas səbəblərindən biri olan sitokin fırtınalarının qarşısının alınması üçün də tövsyyə olunur. Olokizumab eyni zamanda Rusiya Federasiyası Hökumətinin 23 noyabr 2020-ci il tarixli 3073-r nömrəli əmri ilə həyati vacib və əhəmiyyətli dərman vasitələrinin siyahısına daxil etmişdir.

Bu gün Artlegia dərmanı Rusiya Federasiyasının subyektlərinin əksəriyyətində və eyni zamanda xəstəliyin artdığı diğər ölkələrdə də qeydiyyatdan keçirilir.

BAKU.WS