Zorla yeriyən 81 yaşlı kişidən dəhşətli əməl - FOTO
17
may
2018
11:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Ədirnə vilayətində 81 yaşlı həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirən 81 yaşlı İsmail Özkan saxlanılıb.BAKU.WS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, peşman olduğunu bildirən qatil məhkəməyə aparılarkən yeriməkdə çətinlik çəkib.Üç övlad, səkkiz nəvə sahibi olan cütlük mütəmadi olaraq mübahisə edirmiş. İfadəsi zamanı İsmail Özkan qətlin arvadının münasibəti olmadıqları bacısıgilə getmək istədiyi üçün baş verdiyini deyib: "Kıymet mənim ikinci arvadımdır, onunla 12 ildir rəsmi nikahla ailəliyəm. Zaman-zaman aramızda mübahisə düşərdi. Səhər saatlarında əşyalarını toplayıb bacısının yanına getmək istədiyini söylədi. İcazə vermədim. "Bura sənin evin, heç bir yerə gedə bilməzsən. Bacınla aramız yoxdu, görüşmənizi istəmirəm", dedim. Arvadım mənə, "dəlisən?" deyərək otaqdakı kiçik masanın ayağını mənə atdı. Hirsləndim və dalaşdıq. Bir anlıq əsəb ilə onu çəkiclə vurmağa başladım. Neçə dəfə vurduğumu xatırlamıram".BAKU.WS
Oxşar xəbərlər
Ata arvadını və iki oğlunu öldürdü: 14 yaşlı qızını zorladı
Türkiyənin Təkirdağ vilayətində həbsdən çıxan ögey ata arvadı və qadının birinci evliliyindən olan iki oğlunu öldürüb, qaçırdığı qızını zorlayıb.BAKU.WS Milli.A...