Zəlzələlərin Tayvana vurduğu ziyan açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Ən böyük yarımkeçirici istehsalçılarından biri "Tayvan Semiconductor Manufacturing Co." (TSMC) Tayvanda baş verən zəlzələnin vurduğu ziyanı təxminən 60 milyon dollar qiymətləndirib.
BAKU.WS-in məlumatına görə, bu barədə "Commercial Times" qəzeti şirkətin mətbuat xidmətinə istinadən yazır.
"TSMC-nin ikinci rübün maliyyə nəticələrinə təsir təxminən 60 milyon dollar olacaq", - bəyanatda deyilir.
Şirkət həmçinin bəzi fabriklərin ərazisindən işçilərin evakuasiya ediləcəyini və Tayvan boyu tikinti sahələrində işlərin dayandırılacağını, yoxlamadan sonra yenidən başlayacağını qeyd edib.
Xatırladaq ki, aprelin 3-də səhər saatlarında Tayvanda son 25 ilin ən güclü zəlzələsi baş verib. Təbii fəlakət nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. Yeraltı təkanlar zamanı 736 nəfər isə yaralanıb.
Oxşar xəbərlər
Türkiyədə zəlzələ qurbanlarının sayı 20 min nəfəri ötüb - VİDEO - YENİLƏNİB
Türkiyədə zəlzələ nəticəsində 20 min 213 nəfər həlak olub, 80 min 052 nəfər yaralanıb. Bu barədə Anadolu Agentliyi məlumat yayıb ***22:14 Türkiyədə dağıdıcı zəl...