Zəlzələdə 20 marketi, 8 evi dağılan iş adamı: "İndi bir sendviçlə doyuruq" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədəki güclü zəlzələ Mehmet Bulanık adlı iş adamına xeyli maddi ziyan vurub.
BAKU.WS xəbər verir ki, təbii fəlakət zamanı Mehmetin 23 marketindən 20-si və 8 mənzili dağıntılar altında qalıb.
Bu barədə “CNN Türk”ə danışan iş adamı yaşananların Allahdan gələn bir şey olduğunu və mal-mülkünə dəyən zərərin onu narahat etmədiyini bildirib:
“Pis oluram. Amma Allahdan gəldiyi üçün inanın ki, vecimə deyil. Allah bizə pisi göstərdi. Amma yaxşını da göstərəcək. Zəlzələdən bir az əvvəl həyat yoldaşım səhər yeməyi hazırlamışdı.
Süfrədə 20 cürə yemək var idi. Ailəmə dedim ki, “Allah bizə cəza verir. Niyə 20 cürə yemək hazırlamısan? Mənim ortancıl oğlum isə dedi ki, yeməyə bir şey yoxdur. İndi isə bir sendviçlə doyuruq”.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...