Zelenskinin "Avroviziya" ilə bağlı müraciətinə mənfi cavab verildi

Zelenskinin Avroviziya ilə bağlı müraciətinə mənfi cavab verildi
Siyasət 201

Avropa Yayım İttifaqı (EBU) Ukrayna Prezidenti Volodimir Zelenskinin "Avroviziya-2023" mahnı müsabiqəsinin finalında çıxış etmək istəyini rədd edib.

BAKU.WS xarixi mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Yayım İttifaqının bəyanatında bildirilib.

Qeyd olunub ki, "Avroviziya" mahnı müsabiqəsi beynəlxalq əyləncə şousudur və yarandığı vaxtdan sərt qayda və prinsiplərlə idarə edilib və əsas prinsiplərdən biri müsabiqənin qeyri-siyasi təbiətə malik bir tədbir olmasıdır:

"Cənab Zelenskinin "Avroviziya" Mahnı Müsabiqəsində çıxış etməklə bağlı müraciəti təqdirəlayiq niyyət olsa da, təəssüf ki, EBU-nun idarəçiliyi tərəfindən buna icazə verilə bilməz, çünki bu tədbirin qaydalarına ziddir”.

Bəyanatda əlavə olunub ki, müsabiqənin yarımfinalında və ya finalında ötən ilin qalibi "Kalush Orchestra" da daxil olmaqla azı 11 ukraynalı incəsənət xadimi çıxış edəcək.

Xatırladaq ki, Ukraynanın "Kalush Orchestra" qrupu "Stefania" mahnısı ilə İtaliyanın Turin şəhərində keçirilən "Avroviziya-2022"nin qalibi olub. Lakin Ukraynada başlayan əməliyyatlar səbəbiylə yarışın bu ölkədə keçirilməməsinə qərar verilib.

Buna əsas səbəb kimi texniki çatışmazlıq və təhlükəsizlik təminatları göstərilib.

Son xəbərlər