Zelenski İqbal Babayevi medalla təltif etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra şəxslərin orden və medallarla təltif edilməsi haqqında Fərman imzalayıb.
BAKU.WS azertac-a istinadən xəbər verir ki, təltif edilənlər arasında Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev də var. Ukrayna Prezidentinin Fərmanı ilə İ.Babayev “Əmək və cəsarət” medalı ilə təltif edilib.
Qeyd edək ki, İ.Babayev 1981-1986-cı illərdə Kiyev İnşaat və Memarlıq Milli Universitetinin (KİMMU) İnformasiya texnologiyaları fakültəsində təhsil alıb. 1986-1987-ci ildə KİMMU-nun İstehsal proseslərinin avtomatlaşdırılması kafedrasında müəllim işləyib. 1987-1991-ci illərdə Dövlət İmtahan Attestasiya Komissiyasının qərarına əsasən KİMMU-da aspiranturaya qəbul olunub, eyni zamanda, pedaqoji fəaliyyətini davam etdirib.
Elmi işlərinin nəticələrinin tətbiqinə və səmərəliyinə görə 1989-cu ildə Kiyevdə “İlin ən yaxşı ixtiraçısı” adına layiq görülüb.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...