Zelenski Putinin atəşkəs təklifini rədd etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Milad bayramı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinin atəşkəs elan etməsi təklifini rədd edib.
BAKU.WS-in məlumatına görə, bu barədə Zelenski teleqram kanalında məlumat verib.
O, hesab edir ki, Rusiya atəşkəsdən istifadə edərək təmas xəttində mövqeyini möhkəmləndirəcək.
“Rusiya Ukraynaya və Avropaya qarşı yeni təcavüz dalğasına hazırlığını gizlədə bilməyəcək”, - deyə Zelenski bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhələrdə atəşin dayandırılması barədə göstəriş verib. Atəşkəs rejimi yanvarın 6-sı yerli vaxtla saat 12:00-dan yanvarın 7-si saat 00:00-a qədər qüvvədə olacaq.
Oxşar xəbərlər
Ukrayna Rusiyanın atəşkəs təklifini rədd edib
Ukrayna Rusiya ilə “Milad atəşkəsi” ilə bağlı heç bir danışıqlar aparmayacaq. İşğalçı dövlət ölkəmizin ərazisini tərk etməlidir. BAKU.WS xəbər verir ki, bu fikr...