Zelenski onu vəzifəsindən azad etdi
26
mar
2024
18:10
Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov vəzifəsindən azad edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski müvafiq qərar imzalayıb.
Bildirilib ki, O.Danilovun yerinə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsində çalışmış Aleksandr Litvinenko təyin edilib.
Qeyd olunur ki, Danilov Milli Təhlükəsizlik Şurasının on üçüncü katibi olub və 2019-cu il oktyabrın 3-dən bu vəzifəni icra edir.
O, işdən çıxarılması ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Oxşar xəbərlər
Oliksiy Danilov: “Rusiya tezliklə dağılacaq, Tatarıstan və Başqırdıstan müstəqil olacaq"
“Rusiya tezliklə dağılacaq və bəzi respublikalar onun tərkibindən ayrılacaq”. BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Ukraynanın Müdafiə və Təhlükəsizl...