Zelenski ölkəsinin əks-hücumunun ilk mühüm addımlarının “tezliklə” atılacağını açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna əks-hücumunun ilk mühüm addımları “tezliklə” atılacaq.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İtaliya KİV-ə müsahibəsində deyib.
“Biz çox ciddi hazırlaşırıq. Çox ciddi addımlar tələb olunacaq. Bilirəm ki, hamımız motivasiyalıyıq. Təkcə bu planı bilənlər yox, xalqımız da... Sizə cavab verə bilmərəm (əks-hücum harada və nə vaxt başlayacaq – red.). Amma siz bunu mütləq görəcəksiniz və Rusiya da bunu mütləq hiss edəcək...Biz qələbəyə inanırıq və inanırıq ki, tezliklə ilk mühüm addımlar atılacaq”, - dövlət başçısı bildirib.
Eyni zamanda, Ukrayna lideri əks-hücumun başlanmasının konkret yeri və vaxtı ilə bağlı açıqlığının “Ukraynaya kömək etməyəcəyini, əksinə müdaxilə edəcəyini” diqqətə çatdırıb.
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...