Zelenski Ərdoğana təşəkkürünü bildirib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə ukraynalı siyasətçi tviterdə yazıb.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla dialoqumu davam etdirdim. Ukraynalı uşaqlar üçün sığınacaq və şəhərlərimiz üçün yüzlərlə generator üçün təşəkkürümü bildirdim.
Türkiyənin Ukraynanın #GrainFromUkraine təşəbbüsünə verdiyi dəstəyi qeyd etdim. Həmçinin gələcək fəaliyyat və taxıl dəhlizinin mümkün genişlənməsini müzakirə etdik”, - Ukrayna Prezidenti qeyd edib.
Oxşar xəbərlər
Ərdoğan və Zelenski arasında telefon danışığı olub
Ukrayna və Türkiyə prezidentləri Volodimir Zelenski ilə Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Ukrayna limanlarından ərzaq ixracına dair 120 gün uzadılmış...