Zelenski: "Azərbaycan Ukraynaya yeni humanitar yardım paketi təqdim etməyə hazırdır"
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Ukraynaya minatəmizləmə avadanlıqları da daxil olmaqla, yeni humanitar yardım paketi təqdim etməyə hazırdır".
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində bildirib.
Onun sözlərinə görə, Ukraynaya tərəfdaş ölkələrdən minatəmizləmə texnikasının tədarükü vacibdir.
Ukrayna lideri qeyd edib ki, ölkənin 174 min kvadrat kilometr ərazisi partlamamış mina və sursatlar səbəbindən potensial təhlükəlidir.
"Mütəxəssislərimiz hər gün yüzlərlə partlayıcı obyekt aşkarlayır. Və nə qədər çox minatəmizləyici maşınlarımız, xüsusi minatəmizləmə aparatlarımız olsa, təhlükəsizliyimizi bir o qədər fəal şəkildə bərpa edə biləcəyik. Bizə kömək edən hər bir ölkəyə təşəkkür edirik", - Zelenski vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...