Zəfərə gedən 44 günün banisi Ali Baş Komandanın uğurlu siyasəti - ŞƏRH - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev 44 günlük müharibədə əldə etdiyimiz zəfərin, bütövlükdə Azərbaycanın uğurlarının memarıdır".
Bu sözləri 44 günlük böyük zəfərimizi BAKU.WS-ə şərh edən politoloq Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, bu qələbəyə aparan yol sadəcə 44 gündən ibarət deyil. Uzun bir zaman kəsiyində Azərbaycan prezidenti ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin güclənməsi və müttəfiqlərinin artması, ölkəmizin mövqelərini müdafiə edən dövlətlərin çoxalması, milli maraqlarımızın müdafiəsi istiqamətində ciddi addımlar atıb:
"Milli maraqlardan bir addım belə geri çəkilməmək konsepsiyası, ən çətin zamanlarda Azərbaycan xalqının iradəsinə və milli birliyimizə güvənmək bacarığı Azərbaycanın Vətən Müharibəsində qələbəsi ilə nəticələndi. İndi həmin zaman kəsiyinin hər addımına diqqət yetirəndə prezident İlham Əliyevin Azərbaycan Ordusunun gücləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin, ordunun maddi-texniki bazasının gücləndirilməsi üçün atılan addımların, bütün təzyiqlərə və basqılara baxmayaraq bu istiqamətlərdə mühüm irəliləyişlərin əldə olunmasının, beynəlxalq müstəvidə bir çoxlarının anlamadığı uğurlu manevrlərin bugünkü qalib Azərbaycanın ortaya çıxmasına zəmin yaratdığını görə bilirik".
Politoloq Azərbaycanın Qoşulmama Hərəkatındakı rolunun əhəmiyyətini xüsusi vurğuladı:
"Bu zaman kəsiyi hər birimiz üçün tarixi əhəmiyyət kəsb edir. 44 gün boyunca Azərbaycan prezidentinin həmin günə qədər yürütdüyü siyasətin güclü dövlət, güclü ordu konsepsiyasının nə qədər əhəmiyyətə malik olduğunu hər kəs anladı. Bir çox mühüm siyasi addımlar var idi. Burada xüsusilə Qoşulmama Hərəkatında Azərbaycanın rolu ilə bağlı həyata keçirilən siyasət bir çoxları tərəfindən anlaşılmırdı.
Nəticədə Azərbaycanın bu təşkilat çərçivəsindəki fəaliyyəti ölkəmizin ən yüksək tribunalarda mövqelərinin müdafiəsi istiqamətində atılan addımlarla, ölkəmizə qarşı həyata keçirilən təxribat xarakterli siyasətin qarşısının alınması ilə nəticələndi. Bəzən anlaşılmaz olan siyasətin qatlarında, əslində çox böyük zəka, cəsarət və uzaqgörənlik yatır. Bir daha prezident İlham Əliyevin lider olaraq xaraketi, gücü və xalqın mənafeyinə xidmət edən siyasətinin konturları aydın şəkildə görüldü".
E.Mirzəbəyli bildirdi ki, 44 günlük müharibə, ona qədər keçilən yol, Azərbaycanın yüz illər ərzindəki tarixinin, bəlkə də, ən şərəfli anlarıdır:
"Azərbaycan torpaqlarını işğaldan azad edən o gənclər prezident İlham Əliyevin hakimiyyətdə olduğu dönəmdə yetişən insanlardır. Biz, bir az geriyə nəzər salsaq, Azərbaycanın gənclər siyasəti istiqamətində yürütdüyü siyasəti, görülən işləri, diqqətə alaraq bütün bunların vahid plan əsasında həyata keçirildiyini görə bilərik. İdman yarışlarında bayrağımız yüksəklərdə dalğalandırılarkən xalqın keçirdiyi qürur hissi bizə həm də vətənpərvərlik ruhunun yüksəldilməsinə şərait yaratdı. Vətən müharibəsi dövrü zaman keçdikcə milli ruhumuzun daha da yüksəldilməsində müstəsna rol oynayacaq".
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...