Zaxarova: “Rusiya Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasına yardım edəcək”
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasına aktiv yardım edəcək.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu günü keçirdiyi brifinqdə bildirib.
O, Moskvanın Bakı və İrəvanla daim təmasda olduğunu xatırladıb.
Zaxarova Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan Azərbaycanın Qarabağ regionundakı vəziyyətə də toxunub. XİN rəsmisi ölkəsinin tərəfləri üçtərəfli bəyanatlara ciddi əməl etməyə çağırdığını vurğulayıb: “Rusiyanın Müdafiə Nazirliyi və sülhməramlı kontingentinin komandanlığı gərginliyini azaltmaq üçün addımlar atır. Sülhməramlılar üçtərəfli bəyanatın müddəalarına ciddi şəkildə uyğun hərəkət edirlər”.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Türkiyənin "Anadolu" agentliyinə müsahibəsi - TAM MƏTN - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibə verib. Müsahibə sentyabrın 27-də agentliyin saytında yayımlanıb. BA...