Zaxarova: “Moskva ilə İrəvan Ermənistanın Roma Statutunun öhdəliyini ratifikasiyasını müzakirə edir”

Zaxarova: “Moskva ilə İrəvan Ermənistanın Roma Statutunun öhdəliyini ratifikasiyasını müzakirə edir”
Siyasət 46

“Yüksək səviyyəli təmaslar zamanı Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutunun öhdəliyini ratifikasiya etmək qərarı müzakirə mövzusudur”.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “News.Ru”nun jurnalistinin sualını cavablandırarkən deyib.

“Bu mövzu həm Moskvada, həm də İrəvanda yüksək səviyyəli təmaslar zamanı müzakirə mövzusudur. Bu təmasların təfərrüatlarını açıqlamağı lazım görmürəm”, - o vurğulayıb.

M.Zaxarova bu məsələnin qarşılıqlı anlaşma əsasında həllini tapacağına güman etdiyini deyib.

Son xəbərlər