Zaxarova Dərbənddəki Azərbaycan teatrının yenidənqurmadan sonra açılacağını bildirib
Yeniliklərdən dərhal xəbərdar olun
Dağıstanın Dərbənd şəhərindəki Azərbaycan teatrının bərpası başa çatmaq üzrədir və tezliklə açılacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Mahaçqalada keçirilən brifinqdə bildirib.
"Dağıstan xalqlarının mədəni müxtəlifliyindən danışmaya bilmərəm: folklor, xalq sənəti çoxdan tanınan brendə çevrilib. Respublikada 11 milli teatr fəaliyyət göstərir. Dünən Dərbənddə Azərbaycan teatrının bərpasının başa çatdığını gördük - o, artıq açılmaq üzrədir. Burada qədimdən müxtəlif sənətlər, bədii metalişləmə, daş üzərində oyma geniş inkişaf edib", - o qeyd edib.
Oxşar xəbərlər
"Bu dairədən getməlisən": Xoşqədəm Hidayətqızı Ramiz Mehdiyevlə bağlı illər sonra danışdı
Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə uzun illər davam etdiyini iddia etd...