Zakir Həsənov: "Sonsuz qardaşlıq" kimi təlimlər regionda sülhün qorunması üçün strateji əhəmiyyətə malikdir
"Sonsuz qardaşlıq - IV" çoxmillətli təlimlər yalnız hərbi təcrübə mübadiləsi və praktiki bacarıqların artırılması baxımından deyil, həm də beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi və regionda sülhün qorunması üçün strateji əhəmiyyətə malikdir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov Bakıda Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə "Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təliminin açılışında deyib.
Nazir qeyd edib ki, qardaş və dost ölkələrin xüsusi təyinatlı qüvvələrinin birgə fəaliyyətləri, qarşıya qoyulan tapşırıqların yüksək peşəkarlıqla yerinə yetirilməsi həmrəylik və əməkdaşlığın daha da dərinləşdiyini göstərir.
Oxşar xəbərlər
Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən xaric ediləcək
Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvlüyündən xaric ediləcək. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu AMEA-nın prezide...