Yüzlərlə ukraynalı və azərbaycanlı naməlum istiqamətə aparılıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O, qeyd edib ki, Zaporojye vilayətində Rusiya ordusunun raket zərbələri nəticəsində böyük bir məhəllə dağılıb.
“10 nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilir. Dağıntılar altında qalan insanların axtarışı davam edir”, - deyə jurnalist əlavə edib.
Məlumata görə, Xerson vilayəti də fasiləsiz raket atəşinə məruz qalır.
O da bildirilib ki, Dneprin sol sahilində yerləşən qəsəbələrdən birinin 200 sakini Rusiya Ordusu tərəfindən naməlum istiqamətə aparılıb və onların evləri hərbi məqsədlər üçün istifadə olunur.
Xersonda yaşayan həmyerlilərimizin sözlərinə görə, aparılanların arasında azərbaycanlılar da var.
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...