Yüz minlərlə istifadəçinin yazışması ələ keçirilib - Təhlükəli virus
06
sen
2019
17:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssislər "Joker" adlı yeni təhlükəli troyan virus aşkar ediblər.BAKU.WS "ICTnews"a istinadən xəbər verir ki, sözügedən troyan "Google Play" mağazasında 24 tətbiqdə aşkar edilib. Virusa yoluxdurulmuş proqramlar ümumilikdə 472 min dəfə yüklənilib.Troyan yoluxdurulmuş cihazlara zərərverici proqram təminatının yüklənməsi üçün nəzərdə tutulub. Troyan qurbanın qurğusu haqqında informasiya toplayır, onun kontakt siyahısı və mətn mesajlarını köçürür. Əldə edilmiş məlumatlar şifrlənmiş formada cinayətkarların serverlərinə göndərilir.Həmçinin mexanizm istifadəçini premium-xidmətlərə abunə etdirir. Təhlükəli proqram əsasən ABŞ, Avstraliya, Böyük Britaniya, Fransa, Almaniya, Hindistan istifadəçilərini hədəf alıb.Məlumata görə, "Google" artıq rəsmi proqramlar mağazasından virusa yoluxdurulmuş bütün proqramları silib.
Oxşar xəbərlər
"WhatsApp" istifadəçiləri, ehtiyatlı olun: yeni casus proqramı peyda olub
Kibertəhlükəsizlik şirkətləri "FinSpy" casus proqramının yeni versiyasını aşkar edib.BAKU.WS Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, ziyanverici proqram...