Yunanıstanın sonuncu kralı II Konstantin vəfat etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Yunanıstanın keçmiş kralı II Konstantin 82 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Newsbomb" portalı məlumat yayıb.
Bildirilib ki, o Afinadakı evində olarkən kəskin insult keçirib. Ağır vəziyyətdə “İgiya” xəstəxanasına yerləşdirilib.
Xəstəxanada onunla birlikdə ailə üzvləri - Danimarkalı həyat yoldaşı Anna-Mariya, uşaqları və bacısı olub.
Qeyd olunur ki, keçmiş kral səhhətində yaranan ciddi problemlərdən əziyyət çəkirdi. O, keçmişdə də insult keçirmiş və 2021-ci ilin dekabrında ona pnevmoniya diaqnozu qoyulmuşdu. Sonra keçmiş monarx COVID-19 səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
Qalereya
Oxşar xəbərlər
III Karl qəzəbləndi: “Buna nifrət edirəm” - VİDEO
Böyük Britaniya Kralı III Karl mürəkkəbli qələmə görə əsəbini saxlaya bilməyib və söyüş söyüb. BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, hadisə monarx Şimali...