Yunanıstan şiddətli meşə yanğınlarının ardından indi də sel fəlakəti ilə üzləşdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Yunanıstan meşə yanğınlarının ardından indi də şiddətli fırtınanın səbəb olduğu sel fəlakəti ilə üzləşib.
BAKU.WS xəbər verir ki, əlverişsiz hava şəraiti xüsusilə Maqnesiya bölgəsinin Volos şəhərində və Thessaly bölgəsində müşahidə edilir.
Hazırda müşahidə olunan leysan yağışlar evləri, yolları və infrastukturu sular altında qoyub.
Qeyri-sabit hava şəraitinə görə 1 nəfər şəxs çökən divarın altında qalaraq həyatını itirib.
"Daniel" qasırğası bazar ertəsindən etibarən Yunanıstanın qərbi və mərkəzini dağıdıb.
Yerli mətbuat isə ölkədə 6 sentyabr tarixində şiddətli yağış və fırtınanın gözlənildiyini bildirib.
Oxşar xəbərlər
“Mənim nəslim dəfələrlə deportasiyaya məruz qalıb” - Qərbi Azərbaycan Xronikası - VİDEO
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Milli Məclisin deputatı Sahib...