Yunanıstan ordusunun hərbi təyyarəsi qəzaya uğrayıb - VİDEO

Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus "Τ-2 Buckeye" təlim təyyarəsi Peloponnesin cənubunda qəzaya uğrayıb.
Bu barədə yerli ERT televiziyası məlumat verib.
Təyyarəni idarə edən pilotun taleyi hələlik məlum deyil.
“Təlim uçuşu həyata keçirən iki nəfərlik təyyarə geri qayıdarkən Kalamata hava limanı yaxınlığında qəzaya uğrayıb. Bəzi məlumatlara görə, qəzadan əvvəl partlayış baş verib”, - məlumatda deyilir.
ERT-nin məlumatına görə, hadisə zamanı təyyarədə taleyi hələlik məlum olmayan bir zabit, həmçinin paraşütdən istifadə edərək təyyarəni tərk etməyi bacaran digər pilot da olub.
Oxşar xəbərlər
Qəza yerində Priqojinin cəsədi müəyyən edildi: Əsas versiya üzə çıxdı - YENİLƏNİB + VİDEO
Tverdə qəza zamanı təyyarənin göyərtəsində olan “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin və “Vaqner”in komandiri Dmitri Utkinin yanmış cəsədlərin...