Yol Polisində yeni təyinatlar gözlənilir: Kim hara gedəcək?

Yol Polisində yeni təyinatlar gözlənilir: Kim hara gedəcək?
Siyasət 1843

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəis müavini, YPX Alayının komandiri, polis polkovniki Əhmədov Balakişi Əhməd oğlu vəzifəsindən azad olunub.

BAKU.WS Qaynarinfo-ya istinadla xəbər verir ki, onun yerinə bir neçə ay əvvəl Sumqayıt Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinə rəis təyin olunan Fuad Mayılovun təyin olunması gözlənilir.

F.Mayılovun yerinə isə Ramiz Zeynalovun bacısı oğlu, I tağım komandiri Vüqar Əsgərovun təyinat alacağı bildirilir.

Qeyd edək ki, Fuad Mayılov Suqayıta təyinat almazdan əvvəl uzun illər "Ekologiya postu”nun rəisi vəzifəsində çalışıb.

Bir neçə gün əvvəl aparılan yoxlamalar nəticəsində Bakı Dövlət Yol Polisi idarəsinin rəhbər və zabit heyətinin sərəncama göndərildiyini yazmışdıq.

Oxşar xəbərlər

Nuşirəvan Səfərovun yerinə yeni rəis təyin edildi

Nuşirəvan Səfərovun yerinə yeni rəis təyin edildi

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə təyinat olub. BAKU.WS "Report"a istinadla xəbər verir ki, bu vəzifəyə polis polkov...

2568 Siyasət 09:38 08 yanvar 2020

Son xəbərlər