Yens Stoltenberq: "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyirik"
Yeniliklərdən dərhal xəbərdar olun
“Biz qətiyyətlə inanırıq ki, Ermənistan və Azərbaycan münasibətlərinin normallaşmasına ehtiyac var. Təbii ki, bütün bu proseslər doğru məcrada inkişaf etməkdədir. Ən mühüm məsələlərdən biri də odur ki, zorakılığa gətirib çıxaran xatirələrdən qaçmaq lazımdır".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Bütün bu məsələlər diplomatik şəkildə həll edilməlidir. NATO heç bir tərəf tutmur. Belə ki, həm Azərbaycanı, həm də Ermənistanı dəyərli tərəfdaşımız kimi görürük. Biz iki ölkə arasında münasibətlərin normallaşmasını dəstəkləyirik”, - Baş katib bildirib.
Oxşar xəbərlər
İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsi - TAM MƏTN - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya m...