Yeni təyin olunan hakimlər and içiblər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ali Məhkəməsi Plenumunun iclasında təyinat alan yeni hakimlərdən İlqar Cəfərov, Sərvər Vəliyev və Şirvan Apellyasiya Məhkəməsinə təyin edilmiş Qasım Əliyev ilk dəfə hakimlik fəaliyyətinə başladıqlarına görə and içiblər.
Bu barədə BAKU.WS-ə Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, onlar "Məhkəmələr və hakimlər haqqında" Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına and içiblər. Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması təqdim olunub.
Qalereya
Oxşar xəbərlər
"Bu dairədən getməlisən": Xoşqədəm Hidayətqızı Ramiz Mehdiyevlə bağlı illər sonra danışdı
Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə uzun illər davam etdiyini iddia etd...