Yeni filmi üçün “Boeing 747”-ni partlatdı
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyaca məşhur rejissor Kristofer Nolan yeni çəkdiyi "Dovod" filmində əsl “Boinq 747” təyyarəsini partladıb.
BAKU.WS axsam.az-a istinadən xəbər verir ki, səhnəni real alınması üçün bu addımı atan Nolan kompyüter qraffikası ilə həmin epizodu yaratmağın daha baha qiymətə başa gəldiyini bildirib.
Film üçün istifadə olunan “Boinq” isə Cənubi Kaliforniyadakı təyyarə qəbiristanlığından tapılıb.
Qeyd edək ki, ekran işinin büdcəsi 205 milyon dollar təşkil edib. Con Devid Vaşinqton, Robert Pattinson, Elizabet Debiki, Fiona Durif kimi məşhurların rol aldığı filmin premyerası iyul ayında olacaq.
Oxşar xəbərlər
"Oskar 2020" mükafatının möhtəşəm təqdimetmə mərasimi baş tutub - VİDEO
"Oskar-2020"nin qalibləri müəyyənləşib. BAKU.WS xəbər verir ki, Amerika Kino Sənəti Akademiyasının “Oskar” mükafatının 92-ci təqdimetmə mərasimi Los-Ancelesin...