Yəmən sahillərində tankeri qaçıran dəniz quldurları təslim olublar

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində Yəmən sahillərində "Central Park" gəmisini qaçıran beş dəniz quldurunun təslim olduğunu təsdiqləyib.
BAKU.WS xəbər verir ki, Amerikanın "Mason" esminesi naməlum şəxslər tərəfindən tutularkən tankerin göndərdiyi qəza siqnalına cavab verib.
Hücum edənlər daha sonra kiçik qayıqla qaçmağa çalışıblar.
“Mason hücum edənləri təqib edərək onların təslim olmasına səbəb olub. Tankerin heyəti təhlükəsizdir”, - deyə komandanlıqdan bildirib.
Qeyd edək ki, hücum zamanı gəmilərdən heç birinə ziyan dəyməyib. Noyabrın 26-da İsraillə əlaqəli gəminin ələ keçirilməsi məlum olub. Gəminin sahibləri vurğulayıblar ki, onların prioritetləri gəmidəki 22 ekipaj üzvünün təhlükəsizliyidir.
Oxşar xəbərlər
ABŞ-ın raket esminesi Süveyş kanalından keçib
Təhlükəsizlik məqsədilə Yaxın Şərqə göndərilən ABŞ Hərbi Dəniz Qüvvələrinin idarəolunan raket esminesi “USS Carney” Süveyş kanalından keçib. BAKU.WS xəbər veri...