Yekaterinburq hadisələrinə görə Overçukun Azərbaycana səfəri ləğv edildi
Rusiya baş nazirinin müavini Aleksey Overçukun Azərbaycana iyunun sonuna planlaşdırılan səfəri ləğv edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu qərara səbəb Yekaterinburqda hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat zamanı Azərbaycan vətəndaşlarının vəhşicəsinə öldürülməsi hadisəsi olub.
Mənbələrin bildirdiyinə görə, bu vəziyyətdə Azərbaycan tərəfi Overçukun və ya Rusiyanın hər hansı digər rəsmi nümayəndəsinin ölkəmizə səfərini məqsədəuyğun hesab etmir.
Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburqda azərbaycanlıların evlərində reyd keçirib. Əməliyyat nəticəsində iki azərbaycanlı öldürülüb. Daha bir neçə nəfər saxlanılıb.
Oxşar xəbərlər
Bakı və Bratislava payızda iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun iclasını keçirəcək
Azərbaycan və Slovakiya payızda iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupunun iclasını keçirmək barədə razılığa gəlib. BAKU.WS report-a istinadən xəbər verir ki,...