Yaxın Şərqdə müharibə elanı – NƏ BAŞ VERİR?

Yaxın Şərqdə müharibə elanı – NƏ BAŞ VERİR?
Siyasət 120

Livandakı partlayışlardan sonra açıqlama verən Hizbullah lideri Nəsrullah son 48 saatda baş verən hücumların müharibə elanı olduğunu bildirib.

BAKU.WS Haber Global-a istinadən xəbər verir ki, İsrail və Qəzza qırğınlarından sonra Yaxın Şərqdə gərginlik davam edir. Kiberhücumlar dünya ictimai rəyində geniş əks-səda doğursa da, Hizbullah liderindən yeni müharibə bəyanatı gəlib.

Livan mətbuatında yer alan xəbərlərdə İsrailin hava hücumlarının ölkənin cənubundakı Mays əl-Cəbəl və Kefr Kila bölgələrini hədəf aldığı bildirilib.

İsrailin hücumlarında hər hansı itki olub-olmadığı ilə bağlı məlumat verilməyib.

Hücumlarla bağlı Livan hakimiyyəti və İsrail ordusundan hələlik heç bir açıqlama verilməyib.

Livanda peycer və radioların partlaması nəticəsində İsraillə Hizbullah arasında oktyabrın 8-dən bəri davam edən gərginlik daha da artıb.

İsrail ordusu dünən Livanın cənub bölgələrinə iki ayrı "genişmiqyaslı" hava zərbəsi endirib.

Nəsrullah bildirib ki, İsrail koordinasiyalı hücumlar həyata keçirməklə bütün qırmızı xətləri keçib.

İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Yaxın Şərqdəki vəziyyəti qiymətləndirmək üçün ABŞ, Fransa, İngiltərə və Almaniya ilə təcili toplantı keçirməyə qərar verdiklərini açıqlayıb.

Son xəbərlər