"Yaşıl nəqliyyat" sistemi: Elektrikli avtobuslar şəhərdə nələri dəyişəcək?

"COP BAKU"nun yeni buraxılışında elektrik mühərrikli avtobusların ictimai nəqliyyatdakı əhəmiyyəti barədə danışılıb.
Paytaxtın demək olar ki, hər yerində rast gəlinən bu avtobuslar havanı çirkləndirən sələflərindən fərqli olaraq küçələrdə ekologiya dostu olaraq hərəkət edir. Yaşıl rəngi ilə təbiəti simvolizə edən elektrik mühərrikli avtobuslar bir sıra göstəriciləri ilə sələflərini xeyli geridə qoyur.
Çin istehsalı olan bu avtobusların təmir xərcləri də ənənəvi yanacaqla işləyən avtobuslarla müqayisədə xeyli ucuzdur. Sevindirici xəbər isə bundan ibarətdir ki, vətəndaşların rəğbətini qazanan elektrik mühərrikli avtobusların sayı il ərzində daha da artacaq.
Ən önəmli məsələ isə budur ki, sözügedən avtobusların yaxın zamanda Azərbaycanda istehsal edilməsi də planlaşdırılır.
Ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər
Avropadan türk birliyinə qarşı təxribat?! - 12 milyard avroya satılan imzanın arxasındakı gizli plan
"Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb. Proqramın budəfəki buraxılışında Prezident İlham Əliyevin ADA Universitetində keçirilən "Yeni dünya ni...