Yaşar Gülər: Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edir
Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Çanaqqalada Amfibiya Korpusu Komandanlığında bayram namazını qıldıqdan sonra müraciətində deyib.
O bildirib ki, Türkiyə Azərbaycan, Şimali Kipr, Liviya, Qətər, Somali, Kosovo, Bosniya-Herseqovinada, habelə bir sıra bölgələrdə qardaş, dost və müttəfiq ölkələrin haqlı mübarizələrinə dəstək verməyə davam edir: "Beləliklə, Türkiyə qlobal sülh və sabitliyə töhfə verir".
Nazir söyləyib ki, Türkiyə Silahlı Qüvvələri bu fəaliyyətlərlə yanaşı, həm də genişmiqyaslı təlimlər keçirir.
Oxşar xəbərlər
Azərbaycan-Malayziya ikitərəfli münasibətləri müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Aznifah İsnariah Binti Abdul Ghaniyi qəbul edib. BAKU.WS xəbər...