Yasamal rayon icra başçısı şöbə müdirlərini İŞDƏN ÇIXARDI
Yeniliklərdən dərhal xəbərdar olun
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov iki şöbə müdirini işdən çıxarıb.
BAKU.WS unikal.org-a istinadən xəbər verir ki, E.Həsənovun əmri ilə, Yasamal Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mərdanov Rüfət Saday oğlu, Rayon təsərrüfatı şöbəsinin müdiri Həsənov Seyran Gülməmməd oğlu tutduqları vəzifədən azad ediliblər.
Başçının digər əmri ilə, Teymurov Xaqan Aydın oğlu Yasamal Rayon Icra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Qarayev Cəmil Azər oğlu Rayon təsərrüfatı şöbəsinin müdiri təyin olunublar.
Oxşar xəbərlər
Prezident Cinayət Məcəlləsində dəyişiklikləri təsdiqlədi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. BAKU.WS xəbər verir ki, sənədə əsasən, Cin...