"Yargı"dakı zorakılıq səhnəsi tənqid edildi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin reytinqli layihələrindən olan "Yargı" serialı tənqidlərə məruz qalıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, ekran işinin 87-ci bölümünün fraqmanında Tuğçe adlı qadına təcavüz edilir, daha sonra isə öldürülür. Sosial şəbəkələrdə yayılan fraqmana istifadəçilər sərt reaksiya göstəriblər.
Onlar serialın senari müəllifi Sema Ergenekona qəzəbləniblər.
“Tuğçe belə bir ölümə layiq deyildi”, “Bu səhnə "Yargı"ya heç yaraşmadı” deyərək zorakılıq səhnəsini kəskin şəkildə tənqid ediblər.
Xatırladaq ki, baş rollarında Pınar Deniz və Kaan Urgancıoğlunun çəkildiyi "Yargı"da Zeynep Atılgan, Uğur Polat, Uğur Aslan, Arda Anarat, Cezmi Baskın və Zeyno Eracar kimi aktyorlar da çəkiliblər.
Oxşar xəbərlər
O da "Yargı"da çəkiləcək - FOTO
Baş rollarında Pınar Deniz və Kaan Urgancıoğlunun çəkildiyi "Yargı" serialına yeni sima daxil olub. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bundan sonr...