Yardımlı rayonunda avtomobil yolunun tikintisinə 9 milyon manat ayrılıb

Yardımlı rayonunda avtomobil yolunun tikintisinə 9 milyon manat ayrılıb
Siyasət 574
Prezident İlham Əliyev Yardımlı rayonunun Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.Sərəncama sərəncama əsasən, 20 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.BAKU.WS

Oxşar xəbərlər

Ucarda yol tikintisinə 9,7 milyon manat ayrılıb

Ucarda yol tikintisinə 9,7 milyon manat ayrılıb

Prezident İlham Əliyev Ucar rayonunun Ucar–Alpout–Lək–Qazyan–Qarabörk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.Sərəncamda qey...

529 Siyasət 18:57 26 oktyabr 2018

Son xəbərlər