Yardım kampaniyasının yayımında Sibel Can pişiyə su içirtdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Türkiyədə “Türkiyə, tək ürək” adlı keçirilən yardım kampaniyası bir sıra məqamlarla yadda qalıb.
BAKU.WS xəbər verir ki, TV-də yayımlanan yardım kampaniyasında bir çox məşhur simalar iştirak edib. Onlar arasında müğənni Sibel Can da olub.
Canlı yayım zamanı sənətçinin əyləşdiyi stola pişik çıxıb. Müğənni fincanındakı sudan pişiyə içirdib. Həmin görüntülər sosial şəbəkələrdə paylaşılaraq müzakirələr yaradıb.
Xatırladaq ki, kampaniyada toplanılan vəsait 115 milyard 146 milyon 528 min lirə təşkil edib, 9 milyon 10 min SMS göndərilib.
Sözügedən məbləğ AFAD və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.
Oxşar xəbərlər
“Türkiyə - tək ürək” kampaniyası bitib, 115 milyard lirədən çox vəsait toplanıb - YENİLƏNİB
“Türkiyə, tək ürək” adlı yardım kampaniyası çərçivəsində Azərbaycan Televiziyası, Türkiyə, eləcə də Şimali Kiprin televiziya və radio kanallarının iştirakı ilə...