Yaralansa da, 23 hərbçinin həyatını xilas etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Şuşa uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq bir anda sosial şəbəkələrin gündəminə düşdü. O, özü yaralı olsa da, güc toplayaraq yaralı əsgər yoldaşlarını bir-bir döyüş zonasından çıxardı.
BAKU.WS Xezerxeber.az-a istinadla xəbər verir ki, söhbət Samux sakini Babək İsmayılovdan gedir.
O, Vətən müharibəsi başlayanda valideyinləri və doğmaları ilə halallaşaraq döyüşə yollanıb.
Döyüşlər zamanı Babək İsmayılov yaralanmış 23 əsgəri ərazidən uzaqlaşdıraraq, həyatlarını xilas etməsi valideynlərinin ürəyini dağa döndərib. O da Şuşanın azad edilməsi uğrunda gedən döyüşdə yaralanıb.
Babək İsmayılov hazırda müalicə alır. Onun özü ilə görüşə bilməsək də, telefon əlaqəsi yaradıb, hal-əhval tutduq.
İndi Babəklə təkcə öz ailəsi deyil, bütün Azərbaycan xalqı qürur duyur.
Oxşar xəbərlər
İlham Əliyev müalicə olunan hərbçilər önündə çıxış edib - YENİLƏNİB - VİDEO
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Klini...