Yanğınsöndürənlərimiz Türkiyəyə çatdı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə iyulun 31-də qardaş ölkəyə çatıb.
BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, yanğınsöndürmə qüvvələrinin birinci qrupunu gətirən təyyarə Türkiyə vaxtı ilə saat 23:10-radələrində Muğla Dalaman Hava Limanına enib.
Birinci qrupun tərkibində FHN-in 100 əməkdaşı təmsil olunur. Peşəkar və təcrübəli yanğınsöndürənlərdən ibarət qrup üzvləri fərdi yanğınsöndürmə vasitələri ilə tam təmin olunublar.
Rəsmi dairələr, eləcə də ölkə ictimaiyyəti və yerli media Azərbaycanın tüğyan edən yanğınlarla bağlı köməyini və ümumi narahatlığını əsl qardaşlıq nümunəsi kimi dəyərləndirib.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...