Xüsusi nümayəndə: NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir
Yeniliklərdən dərhal xəbərdar olun
"NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir".
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina bildirib.
"Bu gün NATO-nun baş qərargahında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla yaxşı görüş oldu. Baş katib Stoltenberq Azərbaycan ilə tərəfdaşlığımızın əhəmiyyətini vurğuladı və gələcək əməkdaşlıq sahələrini müzakirə etdi", - Kolomina bildirib.
Xüsusi nümayəndə qeyd edib ki, Alyans Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir.
"NATO həmçinin Bakının Avropaya enerji təchizatını artırmaq səylərini dəstəkləyir", - deyə xüsusi nümayəndə vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...