Xüsusi icra məmurları haqqında tələblər müəyyənləşir
Yeniliklərdən dərhal xəbərdar olun
Xüsusi icra məmurları haqqında tələblər müəyyənləşir.
BAKU.WS xəbər verir ki, bu məsələ Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilən yeni "Xüsusi icra məmurları haqqında" Qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, xüsusi icra məmuru bu Qanunda nəzərdə tutulmuş məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin icrasını həyata keçirmək üçün xüsusi icra məmuru şəhadətnaməsi almış fiziki şəxs hesab olunacaq.
Həmçinin, xüsusi icra məmuru məcburi icra orqanı statusuna malikdir, fəaliyyəti peşəkar əsaslarla həyata keçiriləcək.
Bundan başqa, xüsusi icra məmuru dövlət hakimiyyətinin nümayəndəsi hesab edilməyəcək. İcra məmurunun fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmayacaq.
Oxşar xəbərlər
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 28-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhə...