Xorvatiya Bakı və İrəvanın münasibətlərinin normallaşmasındakı irəliləyişi dəstəkləyir

Xorvatiya Bakı və İrəvanın münasibətlərinin normallaşmasındakı irəliləyişi dəstəkləyir
Siyasət 21

Xorvatiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində əldə olunan irəliləyişi yüksək qiymətləndirir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç Bakıda keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə tərəflər Zaqreb və Bakı arasında ikitərəfli əməkdaşlıqla bağlı məsələlərin geniş spektrini, həmçinin regional gündəliyi müzakirə ediblər.

"Biz Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının gedişatı barədə fikir mübadiləsi apardıq. Xorvatiya münasibətlərin normallaşması prosesində əldə olunan irəliləyişi qətiyyətlə dəstəkləyir", - Yandrokoviç vurğulayıb.

Xorvatiya parlamentinin sədri həmçinin Prezident İlham Əliyevlə görüşü barədə məlumat verib. Görüş zamanı tərəflər Cənubi Qafqazdakı vəziyyəti və iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın gələcək potensialını müzakirə ediblər.

"Həmçinin xatırlatmaq istəyirəm ki, Prezident İlham Əliyev artıq üç dəfə Xorvatiyaya rəsmi səfər edib", - o əlavə edib.

Qeyd edək ki, keçirilmiş brifinq 2014-cü ildən bəri Azərbaycan və Xorvatiya parlamentlərinin sədrlərinin ilk görüşü olub. Q.Yandroviçin Bakıya səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub.

Son xəbərlər