Xocavənddə şirkət avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan 16 işçi Bakıya gətirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış 16 nəfər ilkin tibbi yardımdan sonra Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən bildirilib.
Qeyd edək ki, qəza dünən axşam saatlarında Xocavənd rayonu ərazisində baş verib.
Qəza nəticəsində axşam növbəsinə gedən işçilərdən xəsarət alanlar olub.
Qəzanın baş vermə səbəbləri və digər təfərrüatlar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Oxşar xəbərlər
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanan yeni avtomobil yolunun tikintisi davam etdirilir. Tikinti işləri Füzuli şəhərindən başlayaraq yeni trass üzrə...