Xocavənddə maşın aşıb: Ölən və xəsarət alanların kimliyi AÇIQLANDI - FOTO

Xocavənddə maşın aşıb: Ölən və xəsarət alanların kimliyi AÇIQLANDI - FOTO
Foto
Siyasət 1

Dünən Füzuli-Şuşa yolunun Xocavənd rayonunun Böyük Tağlar kəndindən keçən hissəsində Rahil Ağayevin idarə etdiyi betonvuran maşının aşması nəticəsində sürücü ağır xəsarət alıb, sərnişin Elçin Nəzərov ölüb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, qəzaya düşən hər iki şəxs Biləsuvar rayonunun Nəsimikənd kəndinin sakinləridir.

Hadisə nəticəsində dünyasını dəyişən 1976-cı il təvəllüdlü Elçin Nəzərov sürücünün qaynıdır.

Elçin Nəzərov Rahil Ağayevlə betonvuran maşında çalışıb.

Son xəbərlər