Xocalıya qayıdış Azərbaycan xalqının ən möhtəşən zəfəridir - Deputatdan ŞƏRH

Xocalıya qayıdış Azərbaycan xalqının ən möhtəşən zəfəridir -  Deputatdan ŞƏRH
Siyasət 45

"Xocalıya qayıdış Azərbaycan xalqının ən möhtəşən zəfəridir".

Bu barədə BAKU.WS-ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı danışıb.

Onun sözlərinə görə, Xocalıya qayıdışın əhəmiyyəti o qədər böyükdür ki, bu barədə saatlarla danışsaq bitməz:

"Ona görə ki, 20-ci əsrdə Azərbaycan xalqı erməni vəhşiliyinin hər cürə - deportasiya, etnik təmizləmə və soyqırım kimi üzünü görüb. Ötən əsrin əvvəlindən ta ki torpaqlarımızın 20%-i işğal edilənə qədər azərbaycanlılar etnik təmizləməyə məruz qalıb. Buna görə də Xocalıya qayıdış Azərbaycan xalqının ən möhtəşən zəfəridir. Bunun həm siyasi, həm hüquqi, həm də humanitar-insani əhəmiyyəti var".

Deputat bildirib ki, Xocalıya qayıdış həm də xalqımızın dünya ermənililiyi üzərində zəfəridir. Xocalı təkcə işğaldan azad edilməyib. Bu faciə zamanı həm də 20-ci əsrin soyqrımı törədilib. Biz qayıdışla xalqımıza qarşı bir neçə əsrlik qisasımızı aldıq.

"Xocalıya qayıdış erməni zülmünə məruz qalmış əcdadlarımızın ruhunun şad olmasıdır.Bu gün dünya gördü ki, Azərbaycan qalqı heç vaxt zülmlə, haqsızlıqla razılaşmır. Min il də keçsə xalqımız zülmə boyun əyəsi deyil. Qarabağ işğaldan azad olunmasının zirvəsi Xocalıya qayıdışdır, Şuşada görülən quruculuq işləridir, Xankəndidə Universitetin açılmasıdır. Biz Qarabağı işğaldan azad etdik. Bugün hər birimiz möhtəşəm və böyük Qayıdış prosesinin şahidiyik. İnşallah tezliklə gün gələcək ki, Azərbaycan xalqının bir parçası olan Qərbi Azərbaycanlılar öz tarixi, əzəli və əbədi torpaqlarına qayıdacaq. Xalqımız əbədiyyən öz əcdadlarından miras qalmış yurd yerlərində yaşayacaqdır. Allah bir daha Azərbaycan xalqını belə cinayət və facilərlə imtahana çəkməsin. Amin", - deyə deputat vurğulayıb.

Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Kənd 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.

Xatırladaq ki, dekabrın 13-də Ballıcaya 152 nəfərdən ibarət 27 ailə köçürülüb.

Son xəbərlər