Xocalının işğalı ilə bağlı vurulan maddi ziyanın miqdarı açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Xocalının işğalı ilə bağlı ermənilər tərəfindən dövlətə və vətəndaşlara ilkin hesablamalara görə, 170 milyon ABŞ dollarından artıq məbləğdə ziyan vurulması müəyyən edilib.
BAKU.WS xəbər verir ki, bunu APA-ya müsahibəsində Respublika Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyev deyib.
O bildirib ki, işğaldan azad olunan ərazilərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, hazırda yerli və beynəlxalq mütəxəssislər tərəfindən dəymiş ziyan yerində hesablanır:
“Bu ziyanın ödənilməsi ilə bağlı bütün sənədlər hazırlanaraq beynəlxalq məhkəmələrə göndərilib. Bundan başqa, zərərçəkmiş şəxslər Ermənistana qarşı fərdi qaydada Avropa İnsan Hüquqları Məhkəməsinə də müraciətlər ediblər”.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...