Xocalı sakinləri doğma yurda qayıdır? - Qarabağdan sensasiyalı XƏBƏR VAR
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın sosial mediasında qalmaqallı xəbərləri ilə tanınan Qaqik Soqomonyan adlı bloger yeni sensasion məlumat yayıb.
BAKU.WS modern.az-a istinadən xəbər verir ki, Soqomonyan Qarabağ terrorçularının rəhbəri Araik Arutunyanın aprelin 9-u axşam saat 22:00-23:00 aralığında Şuşa şəhərinə gəldiyini yazıb.
O, Arutunyanın Şuşada Azərbaycan Ordusunun yüksək çinli zabitləri ilə danışıqlar apardığını qeyd edib. Danışıqlar zamanı sülhməramlı missiyanın nəzarət etdiyi Xocalı şəhərinə azərbaycanlı məcburi köçkünlərin 2022-ci ildə dönüşü müzakirə olunub. Əvəzində Azərbaycanda saxlanılan erməni diversantların Yerevana təhvil verilməsi barədə fikir mübadiləsi aparılıb.
Qaqik Soqomonyan Ermənistan rəsmilərindən bu məlumata rekasiya verməyi tələb edib.
Oxşar xəbərlər
Şahidlər Xocalı soyqırımında amansız cinayətlərdən danışdı - FOTOREPORTAJ
Erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar aras...