XİN: "Üçrəngli bayrağımız bu gün şanlı Qələbəmizin simvoluna çevrilib" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Xalqımızın, dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız Müzəffər Ali Baş Komandanın uzaqgörən siyasəti nəticəsində bu gün şanlı Qələbəmizin simvoluna çevrilib".
BAKU.WS xəbər verir ki, bu barədə 9 Noyabr- Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında qeyd edilib.
"Yaşasın Azərbaycan!", - paylaşımda bildirilib.
Həmçinin, xarici işlər naziri Ceyhun Bayramov da Azərbaycan dövləti və xalqını təbrik edib.
"9 noyabr tarixində, şanlı və müzəffər dövlətimizin rəmzi olan üçrəngli dövlət bayrağımızın qəbul edilməsindən 105 il ötür. Şanlı zəfərimizin nişanəsi olan üçrəngli bayrağımız suveren, qüdrətli Azərbaycan səmasında əbədi dalğalansın!", - o bildirib.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...