XİN rəhbəri Ermənistanla münasibətlərin normallaşması üçün Azərbaycanın şərtini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Biz Azərbaycan ərazilərinin 30 il müddətində hərbi işğal altında olduğu dövrdə ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyə görə Fələstinə təşəkkür edirik.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki ilə birgə mətbuat qarşısında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Azərbaycan postmünaqişə dövründə normallaşma istiqamətində çalışır, Ermənistan isə aqressiv ritorikası ilə sülh niyyətlərini təhdid edir.
Ceyhun Bayramovun sözlərinə görə, normallaşmaya alternativ yoxdur və bu, beynəlxalq sərhədlərin, ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanmalıdır.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...