XİN başçısı: "İlham Əliyev Ermənistana sülh əlini uzatdı, xoşniyyətli olduğunu göstərdi"
Yeniliklərdən dərhal xəbərdar olun
"Hazırda Qarabağda atəşkəs yaranıb. Rusiya sülhməramlıları meydandadır. Birgə Monitorinq Mərkəzi qurulur. Məqsəd davamlı sülh və sabitliyə nail olmaqdır".
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra birgə mətbuat konfransında bildirib.
"Altılıq formatında bütün imkanlarımızı səfərbər etməyimiz lazımdır. Bu addımlar atıldıqca davamlı sülh yarada biləcəyik, bölgədəki əlaqələr normallaşacaq. Hörmətli İlham Əliyev Ermənistana sülh əlini uzatdı, xoşniyyətli olduğunu göstərdi. Hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğan da dəfələrlə bildirib ki, davamlı sülh olarsa, əlaqələrimizi normallaşdıra bilərik", - o deyib.
M.Çavuşoğlu fəaliyyətlərini Azərbaycanla əlaqələndirəcəklərini də vurğulayıb: "Biz elə bir nəticə görmək istəyirik ki, orada sülh yaratmağımıza, monitorinq mərkəzi formalaşdırmağımıza ehtiyac qalmasın".
Oxşar xəbərlər
Bir qrup hərbi qulluqçu “Vətən uğrunda” medalı ilə təltif edildi - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqındasərəncam imzalayıb....