XİN: "2022-ci ildə Azərbaycan-NATO tərəfdaşlığı öz strateji əhəmiyyətini saxlayıb"

2022-ci ildə Azərbaycan-NATO tərəfdaşlığı öz strateji əhəmiyyətini saxlayıb, tərəflər arasında yüksək səviyyəli dialoq və praktiki əməkdaşlıq davam edib.
Bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin 2022-ci ilin yekunlarına dair məlumatında yer alıb.
"15 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və NATO-nun Baş katibi cənab Yens Stoltenberq arasında telefon danışığı aparılıb. 19 iyul 2022-ci il tarixində NATO mənzil qərargahında xarici işlər naziri Ceyhun Bayramov baş katib Yens Stoltenberqlə görüşüb. 28-29 aprel 2022-ci il tarixində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ölkəmizə səfər edib. İl ərzində NATO ilə əməkdaşlıq şəraitində beynəlxalq sülh və təhlükəsizliyə töhfə sahəsində milli imkanların artırılması və müdafiə islahatları sahəsində səylər davam edib və bu mövzuda yeni tərəfdaşlıq məqsədləri razılaşdırılıb", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...
