XİN: Ukraynada SOCAR-a məxsus obyektlərə hücumların davam etməsi məqsədyönlü olmasına dəlalət edir
Yeniliklərdən dərhal xəbərdar olun
Dəfələrlə xəbərdarlığa baxmayaraq, belə halların davam etməsinin hücumların məqsədyönlü şəkildə həyata keçirildiyinə dəlalət edir.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan XİN Rusiyanın səfiri Mixail Yevdokimova nota təqdim edərkən bildirib.
Nota Ukraynanın Nikolayev vilayətindəki SOCAR-ın yanacaqdoldurma məntəqəsinə Rusiyanın pilotsuz uçuş aparatları hücumu ilə bağlı verilib.
Görüşdə sözügedən dron hücumunun ilk hal olmadığı, bundan əvvəl də qazpaylayıcı kompressor stansiyası və Odessada neft bazasına hücumlar daxil olmaqla, Ukraynada SOCAR-a məxsus obyektlərin hərbi zərbələrə və hərbi əməliyyatların digər dağıdıcı təsirlərinə məruz qaldığı, nəticədə əhəmiyyətli maddi ziyan dəydiyi, şirkətin əməkdaşları arasında yaralananlar olduğu xatırlanıb.
Oxşar xəbərlər
Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə rəsmi "Instagram" hesabında paylaşım edib. BAKU.WS həmin paylaşımı təqdim e...