XİN rəhbəri: Türkiyə ilə diplomatik münasibətlərin qurulmasında irəliləyişə ümid edirik
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan yaxın həftələr və aylarda Türkiyə ilə diplomatik münasibətlərin qurulmasında, eləcə də sərhədin açılmasında irəliləyişə ümid edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan "Deutsche Welle"yə müsahibəsində bildirib.
"Bizim Türkiyə ilə bir çox səviyyələrdə çox yaxşı dialoqlarımız var: liderlər, xarici işlər nazirləri, xüsusi nümayəndələr və texniki qruplar... Hesab edirəm ki, yaxın həftələr və aylarda biz bu istiqamətdə olduqca hiss olunan irəliləyişə nail olacağıq", - deyə o bildirib.
Oxşar xəbərlər
Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib
29 oktyabrda xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xa...